Tribuna İnformasiya Agentliyi

Putin Hüseynin sualına belə cavab verdi – Video

08 İyun

Ötən gün Rusiya prezidenti Vladimir Putin “Birbaşa xətt” televiziya proqramı vasitəsi ilə vətəndaşların suallarını cavablandırıb. “Qafqazinfo” xəbər verir ki, ölkə liderinə müxtəlif peşə sahiblərindən 1,8 milyon sual ünvanlanıb. 

Həmin şəxslər arasında Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqqer Hüseyn Həsənov da olub. O, Putinə sosial şəbəkələrlə bağlı sual verib:

“İnternetdə şayiələr gəzir ki, Rusiyada instaqram, yutub kimi bir sıra  sosial şəbəkələr bağlanacaq.  Siz bu barədə nə düşünürsüz, Belə bir şey mümkündürmü?”

Rusiyanın prezidenti isə həmin sualı belə cavablandırıb: “Mən sizin narahatlığınızı başa düşürəm. Heç bir sosial şəbəkəni bağlamağa hazırlaşmırıq. Siz indi yerinizdə dayanmısız və buna görə narahatsız. Mən də sizin kimi öz yerimdəyəm, çox narahatam. Bilirsiz niyə görə, çünki mən insanların təhlükəsizliyi üçün narahat oluram.

Xüsusi xidmət orqanlarının əməkdaşları Sankt- Peterburq metrosundakı partlayışlardan sonra terroristlərin yazışmalarının  şifrəli olduğuna görə izləyə bilmədiklərini dedilər.  Sizcə mən bundan sonra necə reaksiya verməli idim? Axı insanların təhlükəsizliyi hər şeyin başında dayanır”.