Tribuna İnformasiya Agentliyi

Putin “hə” dedi, MÜHARİBƏ BAŞLAYIR

01 Fevral

“Qarabağ münaqişəsinin həlli qeyri-müəyyən vaxta qədər təxirə salına bilər.  

“Qarabağ münaqişəsinin həlli qeyri-müəyyən vaxta qədər təxirə salına bilər. 

Çünki aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək və ölkədə idarəçilik sistemi dəyişəcək. Serj Sarkisyanın prezident səlahiyyətləri isə 2018-ci ilin aprelində başa çatır. Bu vəziyyətdə Ermənistan tərəfindən Qarabağ danışıqlarını kimin aparacağı müəmmalı olaraq qalır”.

TİA.AZ xəbər verir ki, bu barədə Ermənistanın “lragir” saytı yazıb.

Sayt yazır ki, belə vəziyyətdə münaqişənin həlli məsələsi də təxirə salınır, hətta danışıqlar prosesi sıfırlanır: “Hazırda Rusiya və Azərbaycan arasında münaqişə ilə bağlı fikir ayrılığı yaransa da, Ermənistanın məsələni uzatması Kremlin də xoşuna gəlməyə bilər. Ermənistan əsas prioritet kimi status-kvonu qorumağa və müdafiə xəttini gücləndirməyə çalışır. Serj Sarkisyan da çıxışlarında bunu bildirdi. Əslində müdafiə naziri Viqen Sarkisyanın İrana səfəri də bu kontekstdə diqqət çəkir. Lakin Bakı bu vəziyyətdən narahatdır. Bu vəziyyətin Ermənistan üçün nəticələrinin nə olacağı da müəmmalıdır”.

Məqalədə bildirilir ki, Rusiya münaqişənin hərbi yolla həllinə icazə verə bilər.

“Situasiya Kremlin regiondakı maraqlarının əleyhinə çevrilərsə, o zaman, müharibə variantına “hə” deyəcək. “Aprel müharibəsi” göstərdi ki, bu, Ermənistan üçün sərfəli deyil”, – deyə sayt qeyd edib.