Putin hansı vaksinlə peyvənd olunduğunu açıqladıbackend

Putin hansı vaksinlə peyvənd olunduğunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Prezidenti Vladimir Putin “Sputnik V” vaksini ilə peyvənd olunduğunu açıqlayıb.
Rusiya lideri bu barədə bu gün onlayn formatda əhalinin suallarına cavab verərkən danışıb.
Putinin sözlərinə görə, vaksinasiyadan sonra keçirilmiş test onun orqanizmində koronavirusa qarşı güclü müdafiə yarandığını göstərib.
Putin vaksinin ilk inyeksiyasından sonra heç nə hiss etmədiyini, dörd saat sonra inyeksiya yerində həssaslığın meydana gəldiyini deyib. Onun sözlərinə görə, vaksinin ikinci dozasının vurulmasından sonra gecə saat 12-də onun bədən temperaturu 37,2-yə yüksəlib, lakin səhər yenə 36,6-ya düşüb.