Putin hakimiyyəti laxlayır – Xabarovsk 14 gündür qiyama qalxıbbackend

Putin hakimiyyəti laxlayır – Xabarovsk 14 gündür qiyama qalxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xabarovsk şəhərində cümə günü yenidən yüzlərlə insan etiraz aksiyasına çıxıb.

«DVHAB.RU» nəşrinin məlumatına görə, bu gün şəhərin Lenin meydanına etirazçı vətəndaşlar toplaşıb. Tələb əvvəlki kimidir – həbs olunmuş eks-qubernator Sergey Furqalın məhkəməsi Xabarvskda keçirilsin.

Kütləvi aksiya iştirakçıları polis əməkdaşlarından söhbətə dəvət almağa başlayıblar. Aksiyadan translyasiya aparan iki müxbir naməlum şəxslər tərəfindən döyülüb.

Qubernator vəzifəsini müvəqqəti icra edən Mixail Deqtyarev etirazçılarla görüşməkdən qəti imtina edib. Ekspertlər istisna etmirlər ki, yaxın vaxtlarda şəhərdə aksiyanı dağıtmaq üçün gücdən istifadə ediləcək.

Hər necədirsə, mərkəzi hakimiyyət Xabarovsk qiyamının gerçək səbəblərini gizlətməyə çalışsa da, bölgədə baş verənlər Putin hakimiyyəti daxilindəki ciddi ziddiyyətlərin məhz Uzaq Şərqdə açıq müstəviyə çıxdığından xəbər verir.

Bir məsələni də unutmaq lazım deyil ki, Xabarovsk de-yure Rusiya əyaləti olsa da, bölgə de-fakto Yaponiyaya daha yaxından bağlıdır. Üstəlik də bölgədə baş qaldırmış qiyamın pərdəarxası səbəbləri sırasında Yaponiyanın Kuril adalarına yönəlik iddialarından qaynaqlanan «kənar dəstəyi» istisna etmək olmaz.