PUTİN DONBASI DA GÖTÜRÜR, QƏRB İSƏ HƏLƏ DƏ… – ANALİTİKDƏN TƏNQİDbackend

PUTİN DONBASI DA GÖTÜRÜR, QƏRB İSƏ HƏLƏ DƏ… – ANALİTİKDƏN TƏNQİD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atlas” Araşdırmalar Mərkəzi müharibədən əvvəl Rusiyanın Ukraynada əsas məqsədinin Donbasın işğalını tamamlamaq və Krıma quru yol əldə etməkdən ibarət olduğunu proqnozlaşdırmışdı. TİA. Az xəbər verir ki, mərkəz rəhbəri Elxan Şahinoğlu Qərbi tənqid edib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi Kiyevə uğursuz hücumdan sonra müharibənin ikinci fazasında məhz bunları hədəf götürdüyünü elan edib. Rusiyalı generallar Ukrayna ərazisindən Moldovanın Dnestr bölgəsinə qədər istiqamətlənəcəyini gizlətmirlər. Qərb ölkələri isə hələ də “Rusiyadan aldığımız neft və qaz həcmini azaldaq, ya azaltmayaq” müzakirələrində ilişib qalıblar.