Tribuna İnformasiya Agentliyi

Putin davakar ritorikası ilə daha çox rusları qorxudur

09 Mart

Martın 1-də Rusiya prezidenti Vladimir Putin özünün illik çıxışını etdi

Bununla yanaşı, nəzərdə tutulan auditoriya, həqiqətən, Federal Məclis və ya seçici deyil, əslində, Qərb idi və daha dəqiq – ABŞ.
Bu, Şimal Koreya liderinin müraciətinə oxşar idi. İqtisadi və sosial problemlər haqqında qısa çıxışdan sonra Putin Rusiyanın yeni nüvə silahları barədə danışdı və dedi ki, dünyanın başqa heç bir yerində bu silahların ekvivalenti yoxdur və ABŞ-la müqayisədə ölkəni üstün mövqeyə qoyur. Putinin arxasındakı böyük ekranda ABŞ-ın Florida əyalətinə doğru uçan raketlərin videosu göstərildi.
Pafos baxımından, Putinin silah təqdimatı “Apple iPhoneX”in təqdimatını xatırladırdı, ancaq qrafikanın keyfiyyəti zəif idi. “Russia Today“-in direktoru Marqarita Simonyan deyib ki, videonu yaradanlar “dizayn dərsi almayıb, amma mərmini necə yaxşı partlatmaq lazım olduğunu bilirlər…”
Bu vəziyyətdə Simonyan həqiqəti söylədi. Rusiyada, həqiqətən, qumbara partlatma üçün öyrədilmiş insanlar çox işlər görüb. Yəqin ki, onlardan bəziləri Rusiya mətbuatında da çalışırlar.
Dövlət telekanallarının yayımladığı məlumatlara baxaraq, Putinin nitqi ilə uydurmaq istədiyi nağılın təsiri təsəvvür edilə bilər. Onun çıxışından sonra TV-lərin hamısı bir ağızdan ABŞ-ın artıq qorxudan şalvarını batırdığını bəyan etdi.
“RT”-də müntəzəm olaraq iştirak edən müğənni qiyafəli amerikalı analitik Daniel Patrik Uelç dedi: “ABŞ həqiqətən, Rusiyadan daha irəlidə olduğunu düşünürdü. Birləşmiş Ştatların administrasiyası Rusiya və Çinin onu ötə biləcəyi və gerçək bir təhlükə yarada biləcəyini düşünməmişdi […] Amerikalıların müdafiəyə sərf etdiyi milyardlarla dollar küləklə sovrulub”.
Beləliklə, Rusiyanın dövləti KİV-ləri bəşəriyyətin indi qorxudan donub qaldığını, hamının ABŞ-Rusiya münasibətlərinin necə nizamlanacağı intizarında olduğuna inandırmaq istəyirdi, sanki başqa bir Qəraib (Kuba) böhranı yaranmışdı.
ABŞ mediası Putinin çıxışından yazdı, lakin ölkədə əhval-ruhiyyə isterikdən uzaqdır. Rusiya həqiqətən, çox müzakirə olunur, lakin daha çox Moskva ilə əlaqəli olduğu iddia edilən Tramp rəhbərliyinə qarşı istintaq kontekstində.
Putin, Rusiyanın Soyuq müharibə dövründəki Sovet İttifaqı, iki, ya da (Çini saymaqla) üç supergücdən biri kimi görünməsindən sevinərdi. Lakin təhlükəli görünən nüvə raketlərinin təqdimatı istənilən nəticəni vermədi.
Əslində, Putinin çıxışından sonra Rusiya başqa bir Şimali Koreya – yeganə böyük kartı yalnız nüvə silahı olan zəif bir ölkə kimi göründü.
Putinin strategiyası həqiqətən, ölkənin xaricində işləmir, amma içimizdə nə qədər təsir edəcəyini hələ də görürük.
2014-cü ildə neft qiymətlərinin çökməsindən sonra Kreml, seçiciləri xarici düşmən ideyası ətrafında aktiv olaraq səfərbər etdi. Başlanğıcda bu, Ukrayna idi, sonra Suriyadakı terroristlər, indi də ABŞ-la nüvə müharibəsi ehtimalı var.
Kreml, bəlkə də anti-amerikanizmin elektoratın birləşdirəcəyinə ümid edir. Lakin İran və Venesuelanın nümayiş etdirdikləri kimi, iqtisadi böhran dövründə bu cür strategiya həqiqətən, yaxşı işləmir. Bəlkə də Kreml anlayır, amma sadəcə başqa variantları yoxdur. Bu təhlükəli bir vəziyyət ola bilər.
Əgər Putin evdə və ya xaricdə istənilən reaksiyanı görmürsə, onda daha “yüksəkdən uçmaq” məcburiyyətindədir. O, çıxışına belə davam etdi: “Yaratdığımız silahlar heç bir yerdə yoxdur… Danışıqlar niyyətimizi heç vaxt gizlətmədik, amma heç kim bizimlə danışmaq istəmirdi, heç kim bizə qulaq asmadı. İndi qulaq asın!”
Tamaşaçılar bu sözləri ayaq üstə alqışladılar. Putin tərəfdarı olan elita – millət vəkilləri, qubernatorlar, nazirlər, dini liderlər – hamı nüvə bombası ilə Qərbə şantaj etmək iddiasını alqışladı.
Lakin bu vəziyyətdə xüsusilə absurd olan Putinin yüksək texnologiyalı silahının ABŞ-da mövcud ola bilməməsi iddiasıdır.
Putin supersonik qanadlı raketini mahiyyətini açıqladı: “Demək olar ki, hədsiz hərəkət radiosu olan, gözlənilməz uçuş trayektoriyalı və bütün müdafiə sistemlərini adlayan…”
Ancaq bəzi ekspertlərin fikrincə, bu mümkün deyil.
“Bu cür şeylər mümkün deyil və ümumiyyətlə lazımsızdır. Qanadlı raketin nüvə mühərriki olmalıdır və bu cür mühərriklər yoxdur, onlardan biri hazırda işlənmə mərhələsindədir, amma kosmik raket üçündür və əlbəttə, 2017-ci ildə testdən keçməyib “, – Moskva Kosmos Siyasəti İnstitutunun rəhbəri İvan Moiseyev bildirib.
Bununla yanaşı, Putin “Samrat” adlı yeni qitələrarası raketə dair filmi nümayiş etdirdi (Floridanın hədəf olduğu görünürdü). Ancaq bu video ilk dəfə 2007-ci ildə Rusiyanın “Birinci Kanal”ında 1970-ci illərin “Voyevoda” adlı başqa raketini nümayiş etdirmək üçün yayımlanmışdı.
Bu, əlbəttə ki, prezidentin utancverici vəziyyətə düşməsinə dair ilk hal deyil. Oliver Stounun məşhur müsahibəsi zamanı Putin Suriyadakı rus qüvvələri, əslində, Əfqanıstandakı ABŞ qüvvələri barədə köhnə videonu göstərdi. Hadisədən sonra Putinin mətbuat katibi dedi ki, bu videonu ona Müdafiə Nazirliyi təqdim edib.
Putinin amerikalıları qorxutmaq istədiyi raketlər Rusiyada, həqiqətən, çox narahatlıq doğurur.
Onların 10 il bundan əvvəl hazırlandığını bilsəydi, Putinin gülünc videolar göstərəcəyini təsəvvür etmək çətindir. Ola bilsin ki, supersonik nüvə raketlərinin Qərbdə həqiqətən, qorxu doğurduğuna tamamilə əmindir. Prezidentin həmin hesabatları administrasiyasından alması da mümkündür.
2014-cü ildə Ukrayna səmasında “MH17” təyyarəsinin vurulmasından sonra Angela Merkel Rusiyada nə baş verə biləcəyini belə şərh verdi. O: “Putin gerçəklikdən xəbərsizdir”, – dedi.
Şimali Koreyanın lideri Kim Dzyan (Çen) In özünü gicliyə vurduqda, bu narahatlıq doğurur. Ancaq artıq iki müharibə və müxtəlif “xüsusi əməliyyatlar”da (kiberhücumdan təxribata qədər) iştirak edən böyük nüvə dövlətinin lideri belə davranış nümayiş etdirdikdə, bu təhlükəli görünməyə başlayır. İlk növbədə Rusiyanın özü üçün.
 
Roman Dobroxotov
 
“Əl-Cəzirə”
 
Tərcümə: Strateq.az