Tribuna İnformasiya Agentliyi

Putin: “Burnumu sındırdılar, hər şey bitdi”

11 Oktyabr
Rusiya Prezidenti Vladimir Putin gəncliyində aldığı boks zədəsindən danışıb.
TİA.AZ  xəbər verir ki, o bu haqda “Rusiya İdman derjavasıdır” beynəlxalq forumunda ona boks əlcəkləri hədiyyə olunarkən danışıb.
Prezident bir vaxtlar özünü boksda sınadığını etiraf edib.
“Ancaq elə təzə başlamışdım ki, burnumu sındıdırdlar, bundan sonra hər şey bitdi. Həkimə getmədim. Burnumun bitişməsi xeyli vaxt aldı. Buna görə də başqa bir idman növünə keçdim”, – prezident deyib.