Tribuna İnformasiya Agentliyi

Putin buna görə prezidentlikdən imtina edə bilər

20 İyul

Rusiya Prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibə verib.

Kremlin mətbuat xidməti müsahibənin stenoqramını dərc edib.

O.Stoun Prezidentdən yorulub-yorulmadığını soruşanda V. Putin buna mənfi cavab verib.

Putin etiraf edib ki, yorulsaydı, dördüncü müddətə prezidentliyə namizədliyini irəli sürməzdi.

“Əgər yorulsaydım, dördüncü müddətə getməzdim”.

Xatırladaq ki, V. Putin daha əvvəl prezident olmaqdan bezmədiyini demişdi. O, 2018-ci ildə dövlət başçısı seçkilərində qələbə qazanıb. Onun prezident vəzifəsində indiki müddəti 2024-cü ildə başa çatır.