Putin ağlını itirmiş vəziyyətə gəlib, çox təhlükəlidir – Elçin Şıxlıbackend

Putin ağlını itirmiş vəziyyətə gəlib, çox təhlükəlidir – Elçin Şıxlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu il SSRİ-nin yaranmasının 100 illiyidir və Putinin məqsədi imperiyanın yenidən yaradılmasıdır”.
 
Bu sözləri Bakupost.az -a olan açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçın Şıxlı deyib.
 
O, Rusiya-Ukrayna müharibəsinin Azərbaycana olan təsiri barədə danışıb:
“Soydaşlarımızın müharibə şəraitində Vətənə geri qayıtması normal haldır, amma müəyyən problemlər yaranacaq. Çünki onların Rusiya və Ukraynada işləri-gücləri vardı, geri döndükdə isə onlara iş yerləri lazım olacaq. Bu problemlərin müvəqqəti və keçici olacağını nəzərə alıb, həm dövlət, həm də xalq kimi bunlara duruş gətirməliyik. Azərbaycan Ukraynanın, ümumiyyətlə, bütün ölkələrin ərazi bütövlüyünü tanıyır. İndi Rusiya ilə müttəfiqlik müqaviləsi bağlanılıb. Düşünürəm ki, ölkəmizin maraqları çərçivəsində bundan daha düzgün addım olmazdı. Eyni zamanda Azərbaycan Ukraynaya da humanitar yardım göstərib”.
E. Şıxlı hesab edir ki, Putinin SSRİ-ni yenidən qurmaq xəyalları gerçəkləşməyəcək:
 
 
“Bu il SSRİ-nin yaranmasının 100 illiyidir və Putinin məqsədi imperiyanın yenidən yaratmaqdır. Bununla yanaşı həm də 2024-cü ildə keçiriləcək seçkilərdə öz hakimiyyətini uzatmaq istəyir. Amma o imperiyanı yaratmağa nail ola bilməyəcək. Rusiya dünyanın 1/6 quru hissəsini tutan ərazidə yerləşir. Son illər ərzində hər il ən azından 200-250 min əhalisi azalır. Bu ərazini iqtisadi cəhətdən dolandırmaq üçün Rusiyanın əhalisi çatmır. Digər ölkələrin vətəndaşları da gedib orada işləyirlər. Həmin insanlar olmasa, Rusiyanın dolanması daha çətin olar. Çünki onlar Rusiya vətəndaşlarının görmək istəmədiyi işləri görürlər. Həm də Rusiyada Moskva, Sankt-Peterburq istisna olmaqla, şəhərlərin hamısında SSRİ-nin 1980-ci illərindəki kimi yaşayırlar”.
 
Sədr nüvə silahlarından istifadə edilmə ehtimalından da söz açəb.
 
Bildirib ki, indiki halda Putini fikrindən yalnız rus xalqı döndərə bilər:
“Putin artıq çox təhlükəli və ağlını itirmiş vəziyyətə gəlib. Bütün insanlar anlayır ki, nüvə silahlarından istifadə dünyanın və insanlığın sonu ola bilər. Bu müharibədə heç kim vasitəçi rolunu oynaya bilməyəcək. Makron da dedi ki, Putin dayanan deyil. Belə bir şəraitdə ümiz qalır Rusiyanın daxilinə. Bu sanksiyalar tətbiq olunsa, bəlkə Rusiyanın öz əhalisi etiraz edər, Putini durdurmaq mümkün olar. Rusiyadan indi təkcə digər ölkələrin yox, öz vətəndaşları da qaçır. Çünki artıq onlar öz pullarından istifadə edə bilmir, istədiyi məhsulu ala bilmir. Daha sonra Rusiya raketlərlə Ukraynanı bombardman edir. Hesablamalara görə, hər 2 raketin istehsal olunması üçün 1 həftə vaxt lazımdır. Putinin bu raketlər bitəndən sonra nə edəcəyi məlum deyil. Putin çaşıb o düyməni basmasın, əgər düyməni bassa, bu, Putinin hakimiyyətinin sonu deməkdir”.