Tribuna İnformasiya Agentliyi

Putin, Ərdoğan və Ruhani Tehranda görüşəcək

16 Avqust

Rusiya dövlət başçısı Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhaninin sentyabrın əvvəllərində Tehranda bir araya gələcəyi bildirilib.

Oxu.Az xəbər verir ki, zirvə görüşündə Suriya məsələsinin müzakirəsi gözlənilir.

“Üçüncü Zirvə görüşünü sentyabrın birinci ongünlüyündə keçirməyi planlaşdırırıq. Üç liderin proqramı haqqında diplomatik kanallar üzərindən razılaşma əldə edildikdən sonra bu mövzu ilə bağlı açıqlama verəcəyik”, – Kremldən verilən açıqlamada deyilir.

Qeyd edək ki, liderlərin Suriyadakı daxili müharibəyə həsr olunmuş ilk görüşü Rusiyanın Soçi şəhərində, ikincisi isə Ankarada baş tutmuşdu. Axırıncı görüş apreldə olmuşdu.