Tribuna İnformasiya Agentliyi

Puşkinin həyatı haqqında gizlədilən 10 fakt

20 Sentyabr

Aleksandr Sergeyeviç Puşkinin həyatı dünyanın yüzlərlə tədqiqatçısı tərəfindən öyrənilib və təsvir olunub. Onun işinə, həyatına və şəxsi əlaqələrinə dair ən kiçik təfərrüatlar yazarın şəxsi qeydlərindən, müasirlərinin xatirələrindən və arxiv sənədlərindən məlumdur. Ancaq şairin həyatı ilə bağlı bütün həqiqətlər deyilmir. Yəqin ki, bu addım onun müstəsnalığına və dahiliyinə xələl gətirməmək üçün atılır.
Bununla belə insani xüsusiyyətlər Puşkinə də yad deyildi – şairin də qüsurları və çatışmazlıqları olub. Biz hesab edirik ki, onlar rus ədəbiyyatı avtoritetinin nüfuzuna xələl gətirməz, buna görə onları gizlətməyin mənası yoxdur. Beləliklə, başlayaq:
1. Puşkinin boyu yaşına uyğun deyildi – cəmi 166 sm. Buna baxmayaraq, şair gözəl qamətə sahib idi və bu xüsusiyyəti ona düzgün geyinməklə boy qüsurunu gizləməyə imkan verirdi. Tərəf müqabili ilə birgə iştirak etməli olduğu ballar və ictimai tədbirlər zamanı Puşkin həyat yoldaşı Natalya Qonçarovadan uzaq durmağa çalışsa da, onların boy fərqi bilinirdi.

2. Uşaq ikən şair oxumağa meyilli olmadığından o dövrün elit Sarkoselski liseyinə nüfuzlu əmisi Vasili Lvovun sayəsində daxil ola bilib. Qısacası, gənc Saşanı ora nüfuz xatirinə zorla yerləşdiriblər. Bununla yanaşı, Puşkin rus dilindən əvvəl fransız dilində yazıb-oxumağa başlayıb və artıq gəncliyində təxminən 10 dil bilib.

3. Biz şairi həmişə buruq saçları və müasir görünüşü ilə yad etmişik. Amma həmyaşıdları onu başqa cür görüblər. Bu həqiqət özünü hətta şairin XX əsrin əvvəllərində çəkilən portretlərində də göstərir. Şairin qardaşı da onun cəlbedici kişi olmadığını deyirdi. Lakin sirr deyil ki, bunlara baxmayaraq, Puşkin qadınlar tərəfindən hər zaman sevilib.

4. Hələ uşaqlıqdan Puşkin yaramaz və fitnəkar olub. Onun zarafatları bəzən təhlükə də doğurub. Belə ki, hələ 4 yaşında etdiyi bir zarafat nəticəsində az qala imperator atı onu tapdayacaqdı. Zaman keçdikcə də Puşkin bu xarakterini itirmir. O həmişə qarışıq oyunları, zarafatları sevib.

5. Puşkin düşüncəli və həssas deyildi. Gələcək həyat yoldaşı Natalya Qonçarovaya yazdığı ilk məktublarının birində, şair ona 130-cu sevgi münasibətinin olduğunu bildirmişdi.

6. Aleksandr Sergeyeviç dueli sevirdi və heç vaxt dueldə iştirak etmək fürsətini qaçırmırdı. Bəzi məlumatlara görə, onun həyatında 27, bəzilərinə görə isə 33 qarşıdurma olub. Puşkin Qara çaydakı ölümcül nəticə istisna olunmaqla bu qarşıdurmalarda həmişə şanslı tərəf olub.

7. Puşkinin əslən Efiopiyadan olduğunu hər kəs bilir. Ancaq az adam bilir ki, uzaq Afrika ölkələrində Puşkini daim həmyerli kimi xatırlayır və onunla fəxr edirlər. Hətta Əddis-Əbəbədə Puşkinin abidəsi önündə hər zaman təzə çiçəklər olur.

8. Puşkin tez-tez kəskin vətənpərvər və slavyanpərəst kimi təmsil olunur. Bu, heç də belə deyil. Dövrünün əksər zadəganları kimi, şair fransız dilinə ehtirasla yanaşır, hətta şeir və nəsrlərini xarici dildə yazırdı.

9. Məktəb vaxtından bizə məlum olan “Yevgeni Onegin” əsərindəki bu sətirlərlə çoxumuz tanışıq: “Yaxşı insan ola və dırnaqların gözəlliyi haqqında düşünə bilərsən”. Puşkin o zamanların ən gözəl dəbi sayılan kiçik barmağın dırnağını uzadır və onu sındırmaqdan çox qorxurmuş. Səyahətlər zamanı şair onu xüsusi qızıl üsküklə qoruyurdu.

10. Rus poeziyasının dahisi qumar oyunlarının, xüsusən də kartların aludəçisi olub. Puşkin kart masasında həmişə şanslı olmayıb, buna görə böyük qısa ömrünün çox hissəsində onun maddi ehtiyacı olub. Ölümündən sonra Aleksandr Sergeyiviçin qalan borclarını imperator I Nikolay ödəyib.