01 Dekabr
Millətlər Liqasında final mərhələsinin püşkatma mərasiminin başlama saatı dəqiqləşib.
Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, dekabrın 3-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək tədbir Bakı vaxtı ilə 17:30-da başlayacaq.
Qeyd edək ki, final mərhələsinin oyunları gələn ilin iyun ayında Portuqaliyada olacaq.