Puqaçov: Putin yaxın ətrafı ilə bu cür davranırbackend

Puqaçov: Putin yaxın ətrafı ilə bu cür davranır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Prezidenti Vladimir Putinin əsas xüsusiyyəti ünsiyyətdə olduğu adamı aşağılamaq istəyidir.
TİA.AZ axar.az-a istinadən xəbər verir ki, bunu Putinin keçmiş dostu, hazırda Fransada yaşayan Sergey Puqaçov deyib.

“Putin elə sizin gördüyünüz kimi axmaq zarafatları olan adamdır. Yəni o, üzünü gizlətmir. Həyatda da, ünsiyyətdə də belədir. Təəssürat yaratmağa çalışmır. 20 ildir ki, hamı ona yaltaqlıq edir. Ona görə də ona elə gəlir ki, hər işi mükəmməl edir. Onun (Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin) Narışkinə necə istehza etdiyini xatırlayıram. Putinin münasibətlərində belə sadizm var. Mən belə halların dəfələrlə şahidi olmuşam. Bu, Putinin əsas xüsusiyyətidir – alçaltmağa çalışmaq. Həm də təkcə tabeliyində olanları deyil, onu 30 il, hətta daha çox tanıyan insanları da. O, bunu təkcə alçaltmaq üçün deyil, kimin kim olduğunu göstərməyə görə edir”, – o bildirib.