PSJ Messinin gəlişinə hazırlaşır: Eyfel qülləsini icarəyə götürdübackend

PSJ Messinin gəlişinə hazırlaşır: Eyfel qülləsini icarəyə götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu “Barselona”dan ayrılan Lionel Messinin təqdimat mərasimi üçün Eyfel qülləsini icarəyə götürüb.

TİA.AZ xarici KİV-nə istinadən xəbər verir ki, məlumatda avqustun 10-da PSJ Eyfel qülləsində Lionel Messini təqdim ediləcəyi qeyd edilir.

Xatırladaq ki, 34 yaşlı futbolçu 2003-cü ildən “Barselona”da çıxış edib. Messi bu günədək 10 dəfə İspaniya çempionu olub, 8 dəfə isə Super Kuboku, 7 dəfə ölkə kubokunu qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu 3 dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.