PSJ – “Lion” oyununda qeyri-adi avtoqol – VİDEObackend

PSJ – “Lion” oyununda qeyri-adi avtoqol – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransa çempionatının XXIV turunun PSJ – “Lion” oyununda qeyri-adi avtoqol qeydə alınıb.

“Report”un məlumatına görə, hesab 2:0 olarkən, meydan sahiblərinin futbolçusu Yulian Draksler sol cinahdan topu rəqibin cərimə meydançasına ötürüb. Bu vaxt qonaq komandanın müdafiəçisi təhlükəni uzaqlaşdırmaq istəyərkən top yenidən almaniyalı yarımmüdafiəçinin qarşısına düşüb. Drakslerin növbəti yerlə ötürməsini isə “Lion”un digər futbolçusu Fernando Marsal qüvvətli zərbə ilə öz qapısından keçirib.

Qeyd edək ki, qarşılaşma PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.