Psixi xəstəliyi olan şəxs işləyə bilərmi?backend

Psixi xəstəliyi olan şəxs işləyə bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Psixi xəstəlik diaqnozunun növündən asılı olaraq şəxsin işləməsi ilə bağlı məsələyə tövsiyə xarakterli münasibət bildirmək olar. Amma işləməyə qadağa qoyulacaq deyə bir şey yoxdur”.

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, psixiatr Aydan Cabbarova nazirliyin “Instagram” hesabından Oxu.Az-ın əməkdaşının sualını cavablandırarkən deyib.O bildirib ki, əgər şəxs diaqnozundan dolayı özünə ziyan verirsə, ona tövsiyə işləməməsi tövsiyə edilir:

“Çünki müayinə zamanı şəxsin cari vəziyyətinin özünə və ətrafına ziyan verə biləcək dərəcədə olduğu aşkarlanır. Məsələn, intiharlar. Onların aktiv müalicəyə ehtiyacı var. Bu müalicə istər stasionar, istərsə də ambulator şəraitdə davam etsə də, ona işləməyə icazə verilmir. Çünki o, harada olur-olsun, fikri intiharda qalır. Bu məntiqlə də nəzarətdə qalması, tək qalmaması anlamında işləməsi tövsiyə edilmir. Müalicə müddətində məqsəd onu bu depressiv vəziyyətdən çıxartmaqdır”.