Tribuna İnformasiya Agentliyi

Psixatriya və Nevrologiya Xəstəxanası yanır – FOT

14 Aprel
Bursa şəhərində yerləşən xəstəxanada yanğın baş verib.
Unikal.org  Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin 179 yerlik Psixatriya və Nevrologiya Xəstəxanasında yanğın başlayıb. İlkin məlumatda bildirilir ki, yanğın xəstəxanın yeməkxanasının damından başlayıb. Hazırda xəstəxananı qatı duman bürüyüb.
Xəstələr xəstəxananın digər korpusuna köçürülüb. Yanğınsöndürənlər hadisə yerindədir, yanğının qarşısının alınması üçün tədbirlər davam edir. Polis isə xəstəxanın ətrafındakı gediş-gəlişi dayandırıb, yollar bağlanıb.