PROREKTORUN BIZNESI: PIRMƏMMƏDOV “XARI BÜLBÜL”Ü NECƏ AÇIB?backend

PROREKTORUN BIZNESI: PIRMƏMMƏDOV “XARI BÜLBÜL”Ü NECƏ AÇIB?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Texniki Universitetinin prorektoru İlham Pirməmmədovun biznesi ilə bağlı maraqlı xəbərlər yayılıb. TİA.Az xəbər verir ki, pedaqoji fəaliyyətlə məşğul olan prorektorun sən demə, biznesi var imiş.

Müasir dünyada elm adamları daha praqmatik olurlar və təhsilin böyük gəlirlər gətirmədiyini anlayırlar deyə onlardan biri olan Pirməmmədov ayıq-sayıq tərpənib. Məlum olub ki, ATU prorektorunun Bakının Nizami rayon ərazisində “Xarı bülbül” restoranı var.

Paytaxtda tanınmış restoranlardan olan “Xarı bülbül” prorektora  məxsusdur. O, illərdir bu biznesi idarə edir.

Yeri gəlmişkən, İ.Məmmədovun ulduzu Təhsil Nazirliyində parlayıb. Sabiq nazir Misir Mərdanovun dövründə Aparat rəhbəri olan Pirməmmədov kifayət qədər geniş imkanlara, təhsil sektorunda qeyri-rəsmi səlahiyyətlərə malik olub. Hətta onun şəbəkəsinə o zamanlar aparatın işçisi – İlyar Vahabov daxil idi. Bu şəxs Pirməmmədovun sağ əli sayılırdı. Elə o dövrdən varlanaraq “Xarı bülbül”ə sahiblənib.

Onun ATU-da da “qaz vurub, qazan doldurması”, müəyyən imkanlara sahib olması, tələbələrin imtahan məsələlərini dekanlar vasitəsilə həll etməsi sirr deyil. Bu da biznesini inkişaf etdirmək fürsəti yaradır.

TİA.Az