“PROQRESS-2016” MTK ŞEFİNİN ÜÇ ƏMƏLİ PROKURORLUQDA, CİNAYƏT İŞİ AÇILIB – FAKTLARbackend

“PROQRESS-2016” MTK ŞEFİNİN ÜÇ ƏMƏLİ PROKURORLUQDA, CİNAYƏT İŞİ AÇILIB – FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Proqress-2016” MTK direktoru Emil Səməndərovun Abşeron rayonunda tikdiyi binadan mənzil alan payçılar indiyə qədər problemini həll edə bilmirlər.
TİA.Az-ın xəbərinə görə, eyni mənzili ayrı-ayrı adamlara satan şirkətin işi prokurorluğun nəzarətində olsa da, istintaq hərəkətləri aparılmır.
Şikayətçilərdən birinin video müsahibəsində dediyinə görə, 2018-ci ilin dekabrında 39 min manat nağd ödəniş edərək “Proqress 2016” MTK-dan mənzil alıb.
Mənzil aldığına sevinən payçı təmir işləri aparmaq istəyəndə ona məlum olur ki, ev hələ 2008-ci ildə “Hayan E ” MMC-nin rəhbəri olmuş Tağıyev Elman tərəfindən Məsimov Səyyar Ələkbər oğlu adlı fiziki şəxsə satılıbmış.
Sonra bu və buna bənzər digər əməllərinə görə E.Tağıyev korrupsiya faktı ilə həbs edilib. Amma illər sonra – 2017-ci ildə Nəsirov Rafiq adlı səlahiyyətli şəxs tərəfindən həmin mənzil yenə Səyyar Məsimova satılıb.

Beləliklə, bir gündə iki hüquqi qüvvəsi olmayan sənəd imzalanıb. Faktiki şikayətçinin sözlərinə görə, bu, ciddi qanun pozuntusudur. Çünki bir müqaviləyə xitam verilməmiş, digəri imzalanıb. Sakinlərin sözlərinə görə, “Proqress 2016” MTK-nın sahibi E.Səməndərov bir mənzili bir neçə şəxsə satıb.
Emil Səməndərovun daha bir müdhiş və müəmmalı əməlinin üstü açılıb. E.Səməndərovun 1,4 milyonluq maliyyə əməliyyatı barədə iş Abşeron polisinə və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə göndərilib.
Məlumatda deyilir ki, əmlakları olan bir şəxsin (adı açıqlanmır – red) E.Səməndərovla tanışlığı yaranıb. Şirkət rəhbəri ona təklif edib ki, əmlaklarını ona versin, əvəzində pula çevirib qaytaracaq.

Emil Səməndərov

O da inanır, 1 milyon 400 minlik dəyərində əmlaklarını E.Səməndərova verir. Lakin pulu geri istəyəndə “Proqress 2016” MTK rəhbəri məsələlərin uzandığını bəhanə gətirir.
Bir müddət sonra isə E.Səməndərov pul əvəzi tikdiyi binadan mənzillər və obyektlər təklif edir, o da məcbur razılaşır.
Həmin mənzilləri satmaq üçün müştərilərlə tanışlıq quran iş adamına bu zaman məlum olur ki, aldadılıb, E.Səməndərov saxta sənədlər verib.
Səməndərovla görüşəndə ona deyib ki, arxayın olsun, problem yoxdur, ortadakı Samir adlı şəxsi özü yola verəcək:

“Gördüm ki, Emil Səməndərov dələduzluqdan əl çəkmir, qərar gəldim tədbir görmək lazımdır. Əminəm ki, sənədlər saxtadır.
Artıq materiallar Abşeron polisindədir. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə də məlumat vermişəm”.
O, həmin Səməndərovdur ki, Xırdalanın M.Ə.Rəsulzadə küçəsi – 1 ünvanında tikinti işlərinin aparılması üçün hasara almış ərazidə ağacları qanunsuz kəsmişdi. Bu da çox uzaq zamanda olmayıb, hadisə aprelin 29-da olub.
Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib. Yəni üç iş Prokurorluğa göndərilib. Meşə fonduna daxil olmayan 12 ədəd ağacın qanunsuz kəsilməsinə göstəriş verməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 9 min 800 manat məbləğində ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

TİA.Az