“Proqress 2016” MTK fırıldağı davam edir: Səməndərovu kim qoruyur?backend

“Proqress 2016” MTK fırıldağı davam edir: Səməndərovu kim qoruyur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda bina inşa edən “Proqress 2016” MTK aldatdığı payçıların problemini hələ də həll etməyib, yola verməkdədir.
TİA.Az-ın xəbərinə görə, məsələ bir neçə dəfə ictimailəşməsinə,istintaq hərəkətləri aparılmasına baxmayaraq, MTJK rəhbəri Emil Səməndərov öz ampluasındadır.
Vətəndaşların aldadan “Proqress 2016” MTK-nin işi hüquq-mühafizə orqanlarının diqqətində olsa da, cinayət işi açılmayıb, E.Səməndərov məsələni yoluna qoyacağına söz verib. Lakin indiyə qədər aldadılan sakinlər mənzillərinə sahiblənməyiblər.
Şirkətin sahibi həm də “Hayan E” MMC-nin hüquqi sədri Səməndərov Emil Tofiq oğludur. Şirkət neçə ildir payçıları aldatmaqdadır. Payçıların tələbi isə müqavilə əsasında öz mənzillərini təhvil almaqdır.


Şikayətçilərin sözlərinə görə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti məlumatlıdır.
Sakinlərin dediyinə görə, iş Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində Şəhriyar adlı rütbəli şəxsin nəzarətindədir, onun isə E.Səməndərovla yaxın əlaqəsi var və şirkət rəhbərini bu günə kimi qorumaqdadır.
Ümumiyyətlə, sözügedən şirkətin adı bir sıra qanunsuzluqlarda çəkilir, ittiham olunur. Məsələn, “Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov 2018 ilin iyulunda Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun hökmü ilə Cinayət məcəlləsinin 178.2.2. və 178.2.4. maddələr ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilib.
“Proqress 2016” MTK rəhbəri Emil Səməndərov Vətən müharibəsi şəhidinin ailəsini də aldatmışdı. Şirkətin Xırdalanda tikilən binasından sağlığında mənzil alan Zeynalov Azad Rafiq oğlu həmin evin başqasına da satılmasından məlumatsız olub.
Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan A. Zeynalov son mənzilə yola salındıqdan sonra ailəsi onun aldığı mənzilə sahiblənə bilməyib.
Məlum olub ki, mənzil başqa bir fiziki şəxsə də satılıb və “Proqress 2016” MTK rəhbəri fırıldağa yol verib. Bu faktı AĞ Partiya başqanı Tural Abbaslı canlı yayımda açıqladıqdan sonra şirkət geri çəkildi və məsələni həll etdi. Ancaq digər payçılar problemlərini yoluna qoya bilməyiblər.

TİA.Az