“PROQRESS 2016” MTK-DAN ŞƏHİD AİLƏSİNƏ QARŞI DƏLƏDUZLUQ – PREZİDENTƏ MÜRACİƏTbackend

“PROQRESS 2016” MTK-DAN ŞƏHİD AİLƏSİNƏ QARŞI DƏLƏDUZLUQ – PREZİDENTƏ MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsinin şəhidi Zeynalov Azad Rafiq oğlunun sağlığında “Proqress 2016” MTK-dan aldığı mənzil hələ də ailəsinə təhvil verilmir.
TİA.Az bildirir ki, bu problem bir neçə dəfə ictimailəşsə də, şirkət mənzili fırıldaq edərək başqasına satıb deyə əsl sahibinə qaytarmır.
Bir müddət əvvəl şirkət rəhbəri Emil Səməndərov mənzilin şəhidin ailəsinə verildiyini qeyri-rəsmi kanallarla mətbuata çatdırsa da, bunun yalan olduğu üzə çıxıb.
A.Zeynalovun ailəsi ödənilən vəsaiti geri tələb edir, heç olmasa pul qaytarılmalıdır, amma şirkət sahibi bunu belə etmir. Bu da şəhidə, onun ailəsinə göstərilən münasibət…Hər halda dövlət orqanları hərəkətə keçməlidir. Şəhid ailəsinin mənzilinə sahiblənməsi üçün Prezidentin də məsələyə diqqət ayırması xahiş olunur.
Qeyd edək ki, “Proqress 2016” MTK Xırdalanda bina tikib. E.Səməndərovun adı bir neçə qalmaqal işdə keçib.

TİA.Az