Professor deputatın daha sərt karantin təklifinə qarşıbackend

Professor deputatın daha sərt karantin təklifinə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mən karantin tədbirlərinin sərtləşdirilməsinin əlehinəyəm”.
Bunu  açıqlamasında professor Adil Qeybulla Milli Məclisin deputatı Musa Quliyevin “18 yaşa kimi və 65 yaşdan yuxarı şəxslərin 2 həftə çölə çıxmasına qadağa qoyulmalıdır” fikirinə münasibətində deyib. Onun sözlərinə görə, insanlar karantin davranışlarına əməl etsə, sərt tədbirlərə ehtiyac qalmaz:
 
“Hər kəsin təklif verməyə haqqı var. Bu, qərar deyil, sıradan bir təklifdir. İkincisi isə təklif heç nə demək deyil. Cəmiyyətdə tanınan şəxslər bununla bağlı açıqlamalar verir. Biri sərtləşdirmədən danışır, digəri əleyhinə olduğunu deyir və s. Hər halda bu zəncirin hardasa qırılması üçün tədbirlər görülməlidir”.
Adil Qeybulla hesab edir ki, vaksinasiyanın özü prosesin həlli demək deyil:
“Hamı elə düşünür ki, vaksinasiya olacaq, məsələ bitəcək. Ona görə də bu cür təkliflər olacaq”.
Qeyd edək ki, Milli Məclisin deputatı Musa Quliyevi karantin qaydalarının daha da sərtləşdirilməsindən danışıb: “18 yaşa kimi və 65 yaşdan yuxarı şəxslərin 2 həftə çölə çıxmasına qadağa qoyulmalıdır, cümə, şənbə və bazar günləri xüsusi qaydalar tətbiq olunsun. Bütün sahələrdə iş dayandırılsın”.