Prezidentlərin görüşündəki kitab diqqət çəkdi – Fotobackend

Prezidentlərin görüşündəki kitab diqqət çəkdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş zamanı masadakı kitab diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, həmin kitab alban yazıçı və alim Li Yupinin “Free. Coming of Age at the End of History” əsəridir.

Əsərin adı hərfi mənada “Azad. Tarixin sonunda yeni çağın gəlişi” kimi tərcümə olunur. Kitabda Li Yupi 1980-1990-cı illərdə dünyanın ən təcrid olunmuş yerlərinin biri olan kommunist Albaniyasında böyüməyindən danışır.

“Free. Coming of Age at the End of History” ötən ilin oktyabrında nəşr olunub.