Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? – DOSYEbackend

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli sərəncamı ilə Məmməd Aslan oğlu Abbasbəyli İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilib ki, 1975-ci il təvəllüdlü Məmməd Abbasbəyli Gəncə şəhərində anadan olub, Xəzər Universitetində beynəlxalq əlaqələr, Bakı Dövlət Universitetində hüquq ixtisası üzrə ali təhsil, həmçinin ABŞ-ın Perdyu və Corc Vaşinqton universitetlərində hüquq üzrə magistr dərəcəsi alıb.

2000-ci ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının həqiqi üzvüdür.
Əmək fəaliyyətinə 2000-ci ildə Nyu-York şəhərində yerləşən “Salans Hertzfeld & Heilbronn” hüquq şirkətində başlayıb, 2003-cü ilədək şirkətin Bakı ofisində fəaliyyətini davam etdirib. 2004-2008-ci illərdə bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində işləyib.
2009-2014-cü illərdə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətin baş icraçı direktoru olub. Eyni dövrdə mobil və stasionar rabitə və telekommunikasiya, xarici qızıl və əlvan metal hasilatı, neft-qaz və iri tikinti sənayesi şirkətlərinin direktorlar şuralarının həmsədri və üzvü kimi fəaliyyət göstərib. 2013-2014-cü illərdə ADA Universitetinin Biznes fakültəsinin Himayədarlar Şurasının üzvü və Şura nəzdindəki komitənin həmsədri olub.
2019-cu ildə iqtisadiyyat nazirinin müşaviri təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin edilib. Bununla yanaşı, 2020-ci ildə İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasının və Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.
Ailəlidir, 3 övladı var.