Prezidentin yeni fərmanı: Qarabağ qaziləri birdəfəlik yardımı necə və nə vaxt alacaq?backend

Prezidentin yeni fərmanı: Qarabağ qaziləri birdəfəlik yardımı necə və nə vaxt alacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Birinci Qarabağ müharibəsində yaralanmış və əlillik dərəcəsi almış bütün vətəndaşlar bu birdəfəlik yardımlardan istifadə etmək imkanına malik olacaqlar”.
Bunu  açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov prezident İlham Əliyevin I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişi nəzərdə tutan fərmanını şərh edərkən deyib.

Onun sözlərinə görə, bütövlükdə dövlət büdcəsindən bu istiqamətə 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub:

“Prezidentin fərmanına əsasən, birinci Qarabağ müharibəsində yaralanmış, əlillik dərəcəsi almış vətəndaşlara birdəfəlik yardımlar ediləcək. Birinci qrup əlillik dərəcəsi almış vətəndaşlarımız  üçün 8 800 manat, ikinci qrup əlillik dərəcəsi almış vətəndaşlar üçün 6 600, üçüncü qrup əlillik dərəcəsi alan vətəndaşlar üçşün isə 4 400 manat birdədəlik ödəniş həyata keçiriləcək. Bu zaman I Qarabağ müharibəsində iştirak etmiş və əlillik dərəcəsi almış vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin ödənişlərlə təmin olunacaqlar”.
Vüqar Bayramov yanvar ayından etibarən prosesin başlanılacağını vurğulayıb:
“Vəsaitin ödənilməsinə 2022-ci ilin dövlət büdcəsində artıq maliyyə mənbəyi nəzərdə tutulub. Bu baxımdan gələn aydan etibarən prosesin başlanılması və həmin vətəndaşlarımıza birdəfəlik ödənişin həyata keçirilməsi mümkün olacaq”.
Deputat birdəfəlik ödənişlərin plastik kart vasitəsi ilə ödəniləcəyini deyib:
“Həmin vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməklə ödənişləri əldə etmək imkanına malik olacaq. Bu zaman bütün müraciətlərə baxılması və qısa zamanda ödənişlərin həyata keçirilməsi mümkün olacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev I Qarabağ müharibəsində iştirak edən vətəndaşlarla bağlı fərman imzalayıb. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə veriləcək.