Prezidentin köməkçisi : “Xudafərin körpüsünün təmirinə başlana bilər”backend

Prezidentin köməkçisi : “Xudafərin körpüsünün təmirinə başlana bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyevin göstərişi ilə Xarici İşlər Nazirliyi ilə birlikdə diplomatik korpus – səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xudafərin körpüsünə gediblər.
Diplomatlara Ermənistanın işğal siyasəti barədə məlumatlar verilib.
Səfər çərçivəsində Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycanla İran Xudafərin körpüsünün təmirinə başlaya bilər.
O xatırladıb ki, işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri həyata keçirir.
“Bu xüsusda İranla dağıdılmış kommunikasiya xətləri bərpa oluna bilər”, – deyə H.Hacıyev qeyd edib.