Prezidentin köməkçisi: “Koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayanlardır”backend

Prezidentin köməkçisi: “Koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayanlardır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya başlayandan bu günə qədər koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayan şəxslərdir”.

TİA.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

“Bu bir daha göstərir ki, doğru seçim peyvəndlənmədir”, – deyə o qeyd edib.

Ş.Mövsümov həmçinin sentyabra qədər bir sıra müəssisələrdə məcburi peyvəndlənmə olacağını da bildirib.