Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıbbackend

Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pandemiyanın ikinci dalğasının aşağı hissəsindəyik. Bu proses ümid edirik ki, bir neçə həftə davam edəcək və ondan sonra sabitləşəcək”.

TİA.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, sonrakı mərhələdə yenə də yoluxmaların sayının artması mümkün ola bilər: “Bunun qarşısını almaq üçün vaksinasiyadan istifadə ilə mümkün ola bilər. Brifinqin ikinci hissəsində vaksinasiya barədə danışılacaq. Yoluxma əmsalının 31 %-dən 5%-ə enməsi bizə imkan verdi ki, karantin rejimində yumşalmaya gedək”.