Prezidentin köməkçisi: “Azərbaycan HHQ düşmənin atdığı raketlərin çoxunu havada məhv edir”backend

Prezidentin köməkçisi: “Azərbaycan HHQ düşmənin atdığı raketlərin çoxunu havada məhv edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş verən hadisələr Ermənistanın siyasi rəhbərliyinin acizliyini və çarəsiz vəziyyətdə olduğunu göstərir”.

TİA.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri düşmən tərəfindən atılan raketlərin bir çoxunu havadaca məhv edir: “Ermənistanın burada əsas məqsədi cəmiyyətdə təşviş yaratmaqdır. Bu, vandalizm aktıdır”.