Tribuna İnformasiya Agentliyi

Prezidentin köməkçisi Elmar Vəliyevə sui-qəsddən danışdı

03 İyul

“Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olub”. 

TİA.AZ xəbər verir ki, bu barədə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “BBC News Azərbaycan”a bildirib.

“Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir. Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb”,- deyə Əli Həsənov vurğulayıb.