Prezidentin general rütbəsi verdiyi Daanova müavin təyin edildi – Fotobackend

Prezidentin general rütbəsi verdiyi Daanova müavin təyin edildi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni təyinat olub.

Tia.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Mansurov DİN-in Polis Akademiyası rəisinin birinci müavini vəzifəsinə təyinat alıb.

V.Mansurov bu təyinatadək Polis Akademiyasında müəllim işləyib.

Qeyd edək ki, DİN-in Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanovdur. Ona bu rütbə Prezident İlham Əliyevin 1 iyul 2022-ci il tarixli sərəncamı ilə verilib.