Prezidentin bu fərmanı rayon təhsil idarələrinin ləğvi deməkdirmi? – Ekspertbackend

Prezidentin bu fərmanı rayon təhsil idarələrinin ləğvi deməkdirmi? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Güman edirəm ki, regional təhsil idarəsinin yaradılması rayon təhsil idarələrinin fəaliyyətinin dayandırılması deməkdir”.
Bunu  açıqlamasında sabiq deputat, təhsil eksperti Şahlar Əsgərov Təhsil Nazirliyinin regional idarələrinin yaradılmasının rayon Təhsil idarələrinin ləğv edilməsidirmi sualına cavabında deyib.
Onun sözlərinə görə, bu sərəncam idarəetməni asanlaşdıracaq:
“Biri var, Təhsil Nazirliyi 60 təhsil idarəsinin müdirlərini çağırıb təlimatlandırsın, biri də var 12 nəfəri. İkincisi, rayon təhsil şöbəsi müdirləri rayon icra hakimiyyətlərindən kəskin asılı idi. Sərəncamdan sonra bu asılılıq qırılacaq. Üçüncüsü, təhsil idarələrinin məsuliyyəti də artacaq. Dördüncüsü, bağçalar rayon təhsil idarələrinə tabe olacaq, bu da çox vacib idi. Təhsilin ümumi bünövrəsi bağçalardan qoyulur. Biz onu mütəxəssislərə etibar edəcəyik”.
Şahlar Əsgərov sözügedən sərəncamın vacibliyini önə çəkib:
“Bu, çox sevindirici sərəncamdır. Açığını deyim ki, bu sərəncamdan çox sevindim”.