Tribuna İnformasiya Agentliyi

Prezidenti təhqir edən şəxs həbs ediləcək

09 Noyabr

Tacikistan parlamenti ölkə prezidentinə qarşı ictimai təhqir və böhtana yol verənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun qəbul edib.Tacikistan parlamenti ölkə prezidentinə qarşı ictimai təhqir və böhtana yol verənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun qəbul edib.

 Axar.az xəbər verir ki, qanuna əsasən, prezidenti təhqir edən şəxslər 5 ilə qədər azadlıqdan məhrum ediləcəklər. Qeyd edək ki, bundan öncə Tacikistan parlamenti Prezident Emoməli Rəhmona xalq lideri statusunun verilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, xalq liderini həbs etmək, istintaqa cəlb etmək qadağan edilib. Üstəlik, qanunda Rəhmonla bərabər, onun yaxınlarının da əmlakının toxunulmazlığı əks olunub. Emomali Raxmon 1992-ci ildə Tacikistan Prezidentidir.

Tia.az