Prezidentə iyul ayı üzrə 190 manat birdəfəlik müavinətlə bağlı MƏLUMAT VERİLMƏDİbackend

Prezidentə iyul ayı üzrə 190 manat birdəfəlik müavinətlə bağlı MƏLUMAT VERİLMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslər ilə bağlı bir sıra silsilə tədbirlər həyata keçirildi. 190 manatla bağlı ödəniş aprel, may, iyun aylarında tam şəkildə icra olunub. Sizin tapşırığınıza uyğun olaraq, avqust ayı üzrə də 13 şəhər və rayonumuz üzrə bu ödənişlər çox sürətlə həyata keçiriləcək. Bu istiqamətlər üzrə indiyədək 280 milyon manat vəsait xərclənmişdir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib.

Lakin pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri kimi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara dəstəyi məqsədilə iyul ayında 190 manat məbləğində birdəfəlik ödəmə verilmədi və müşavirədə də nazir bu məsələyə toxunmadı.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ümumilikdə 2 milyon 300 min şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib. Onlardan 1 milyon 260 min nəfərinə pensiya, 423 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd, 350 min nəfərinə (85 min ailə) ünvanlı dövlət sosial yardımı ödənilib.

Lakin bu ödəmələr arasında işsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslərə iyul ayı ərzində verilməli olan 190 manat birdəfəlik müavinətdən söz açılmır.

İyul ayında qeyd edilən sosial təminat növləri üzrə ödəniş alanların sayı 2019-cu ilin iyul ayı ilə müqayisədə 3,3% və ya 73 min nəfər çox olub. Həmçinin iyul ayında ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə 2019-cu ilin iyul ayına nisbətən 24,1% və ya 91 milyon manat çox olmaqla 468 milyon manat vəsait yönəldilib.

TİA.AZ