Prezidentdən türk iş adamı Ramazan Karaşahinə ciddi etimad: “Bu, işimizi gücləndirməyə həvəsləndirdi”backend

Prezidentdən türk iş adamı Ramazan Karaşahinə ciddi etimad: “Bu, işimizi gücləndirməyə həvəsləndirdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 25-də Prezident İlham Əliyev Azərbaycanda sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Sərəmcam imzalayıb.
Dövlət başçısının “Tərəqqi” medalı ilə təltif edilənlər arasında Türkiyədən olan, uzun illərir ölkəmizdə kənd təsərrüfatı sahəsində faydalı fəaiyyət göstərən Karaşahin Ramazan Əbubəkir oğlu da var.
“AzAgromila” gübrə fabrikinin direktoru olan Ramazan Karaşahin gübrəçilik sahəsinə, ümumiyyətlə, aqrar sektora ciddi töhfə verməkdədir. Bunun nəticəsi olaraq dövlət başçısı türk iş adamını medalla təltif edib. Müəssisədə ildə 6 min ton gübrə istehsal olunur.
Ötən Prezident İlham Əliyev müəssisəni işə salıb. R.Karaşahin bütövlükdə fəaliyyəti ilə ölkədə məşğulluğa, iş yerlərinin açılmasına, gübrəçiliyin inkişafına ciddi dəstək vermiş olub. O baxımdan prezident sahibkarları, ölkəyə xeyir gətirən iş adamlarını hər zaman diqqətdə saxlayır.
Dövlət başçısının onu təltif etməsini gözlənilməz və sürpriz adlandıran R.Karaşahin Tribuna.Az-a bildirdi ki, bu, ona Prezident tərəfindən olduqca ciddi etimad və stimuldur. İş adamının sözlərinə görə, Prezidentin onu medalla təltif etməsi gələcək fəaliyyətinə böyük ruh verir və həvəsləndirir.
R.Karaşahin ölkə başçısına göstərdiyi etimada görə təşəkkürünü çatdırdı və saytımızda qeyd etdi ki, bundan sonra Azərbaycanda kənd təsərrüfatının daha geniş inkişafı üçün əlindən gələni edəcək: “Biz toxum istehsalına 2018-də başlamışıq və bu yöndə önəmli addımlar atmışıq, işlər görmüşük. Ən əsası ilk toxum fabriklərinin tikilməsinə başlamışıq. Yəni bu ilkləri biz həyata keçirmişik və çox sevinirəm ki, cənab Prezident bu əməyimizi qiymətləndirdi, gördüyümüz işlərə mühüm dəyər verdi. Həqiqətən də bu təltifə, medala layiq olmaq, Azərbaycanın kənd təsərrüfatına töhfə vermək üçün əlimizdən gələni etməyə çalışmışıq”. Yeni layihələr və planlar olduğunu söyləyən sahibkar vurğuladı ki, Azərbaycan prezidentinin və dövlətinin hər zaman dəstəyini hiss edib: “Mən minnətdaram ki, Prezidentin təltif etdiyi sahibkarlar siyahısında varam. Bu, mənə böyük impuls verdi və işimizi gücləndirməyə həvəsləndirdi. Prezident böyük dəyər vermiş oldu. Biz Azərbaycanda gübrəçilik sahəsində daha da yaxşı işlər həyata keçirməyi planlaşdırırıq. Dövlət başçısının təltifi üzərimizə daha ciddi məsuliyyət qoydu ki, bundan sonra ikiqat yaxşı fəaliyyət göstərək”.