Prezidentdən Fəzail İbrahimli ilə bağlı sərəncambackend

Prezidentdən Fəzail İbrahimli ilə bağlı sərəncam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib.

TİA.AZ-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclis sədrinin müavinidir. O, parlament rəhbərliyində müxalifəti təmsil edir.

F.İbrahimli 12 Aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Bu gün onun 70 yaşı tamam olur.