Prezident Zirvə Toplantısında iştirak edirbackend

Prezident Zirvə Toplantısında iştirak edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı öz işinə başlayıb.
TİA.AZ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edir.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Sonra Prezident Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana gələn digər qonaqları qarşılayıb.
Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.