Prezident: “Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb”backend

Prezident: “Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq”.
TİA.AZ-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
“Zəngilana dəmir yolu, avtomobil yolu çəkilir, hava limanı tikilir. Ona görə də hesab edirəm ki, 2 il ərzində öz torpaqlarımızdakı işləri görəcəyik. Çünki burada işlərin həcmi çox böyükdür. Ermənistan ərazisində dəmir yolu və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu, 1-1,5 il ərzində edilə bilər. Biz bunu gözləyirik”, – Prezident vurğulayıb.