Prezident “Yüksəliş” müsabiqəsi ilə bağlı sərəncam verdibackend

Prezident “Yüksəliş” müsabiqəsi ilə bağlı sərəncam verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, sərəncama əsasən, 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezident ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.
Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməli, Təşkilat Komitəsi sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilir:
“Təşkilat Komitəsinin sədri
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini
məsələlər şöbəsinin müdiri
Təşkilat Komitəsinin üzvləri
Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Emin Əmrullayev – Azərbaycan Respublikasının təhsil naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin
Direktorlar Şurasının sədri
Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru”.