Tribuna İnformasiya Agentliyi

Prezident yol tikintisinə 9,6 milyon manat ayırdı

07 May
Prezident İlham Əliyev Ağdaş rayonunun Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, on üç min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.