Tribuna İnformasiya Agentliyi

Prezident yeni səfirlərin etimadnaməsini qəbul edib (FOTOLAR)

24 Sentyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Xorvatiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.
TİA.AZ  xəbər verir ki, İlham Əliyev həmçinin sentyabrın 24-də Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Egidiyus Navikasın etimadnaməsini qəbul edib.
Eyni zamanda İlham Əliyev sentyabrın 24-də Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini qəbul edib.