Prezident və xanımı Raman Salehi təbrik etdibackend

Prezident və xanımı Raman Salehi təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev “Tokio-2020”-də üçüncü qızıl medalını qazanan Raman Salehi təbrik edib.
 
TİA.AZ xəbər verir ki, dövlət başçısı bununla bağlı Tvitter hesabında paylaşım edib:
“Tokio-2020” Yay Paralimpiya Oyunlarında 3-cü qızıl medalını qazanan Raman Salehi bir daha səmimi qəlbdən təbrik edirəm!”.
Birinci vitse-prezident Mehriban Əliyeva da İnstaqram hesablnda idmançımızı təbrik edib:
“Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm! Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”