Prezident və xanımı Fəxri Xiyabanı ziyarət etdilərbackend

Prezident və xanımı Fəxri Xiyabanı ziyarət etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mayın 10-da, xalqımızın xilaskar oğlu Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.
Qaynarinfoxəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoyublar, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Sonra dövlətimizin başçısı və xanımı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyulbar.
Prezident və birinci xanım görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüblər.