Prezident və xanımı başsağlığı verdibackend

Prezident və xanımı başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

TİA.AZ xəbər verir ki, başsağlığıda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Kazan məktəblərinin birində atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıdıb.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova da eyni hadisə ilə bağlı başsağlığı məktubu göndəriblər.

“Qafqazinfo”nun məlumatına görə, başsağlığı məktubunda deyilir:

“Hörmətli Rüstəm Nurqaliyeviç.

Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəz edilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.