Prezident və ailə üzvləri Qəbələdə -FOTOLARbackend

Prezident və ailə üzvləri Qəbələdə -FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gəliblər.
TİA.AZ xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Qəbələdə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.
İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər. Dövlət başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verilib.
Daha sonra dövlət başçısı və ailə üzvlər Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar.
Ardınca Prezident və ailə üzvləri Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar. İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva kilsədə şam yandırıblar.
Bu gün həmçinin Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.