Dünya şöhrətli siyasi xadim, keçmiş prezident Heydər Əliyevin vəfatından 18 il keçir.
Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Azərbaycanın dövlət himni səsləndirilib.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.