Tribuna İnformasiya Agentliyi

Prezident Tovuzun icra başçısını işdən çıxardı-YENİ TƏYİNAT

07 İyun

Prezident İlham Əliyev daha bir icra başçısının işdən çıxarılması ilə bağlı sərəncam verib.

TİA.AZ xəbər verir ki, prezidentin sərəncamına əsasən, Tofiq Məhəmmədəli oğlu Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İlham Əliyevin digər sərəncamı ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Məmməd Cahangir oğlu Məmmədov təyin olunub.