Prezident Tokio-2020-də qızıl medallar qazanan idmançılarımızı təbrik etdibackend

Prezident Tokio-2020-də qızıl medallar qazanan idmançılarımızı təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.
TİA.AZ xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”.