Prezident təqaüdü, pensiya və müavinət ödənilən şəhid ailələrinin sayı (RƏSMİ)backend

Prezident təqaüdü, pensiya və müavinət ödənilən şəhid ailələrinin sayı (RƏSMİ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bir aya yaxın vaxt ərzində 2000-dən çox şəhid ailəsi üzvünə Prezident təqaüdləri, pensiya və müavinətlər ödənilib”.
TİA.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, 2700 vətəndaşımıza – həm şəhid ailəsinə, qazilərə sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərilməsinə başlanılıb:
“2300 şəhid ailəsi və müharibə iştirakçısının məşğulluğu istiqamətində işlər həyata keçirilir. Nazirliyin yerli strukturları həmin ailələrin müraciətini gözləmədən mənzillərə gedərək, sosial problemlərini öyrənir, qeydiyyat aparılır”.
“Yaxın bir ay ərzində bütünlüklə şəhid ailəsi və qazilərə sosial ödənişlərin verilməsi, hüquqlarının bərpa edilməsi, məşğulluq problemlərinin həlli, həmçinin, psixoloji reabilitasiya üzrə xidmətlərin tam əhatə ediləcəyinə inanırıq”, – deyə o qeyd edib.