Prezident tanınmış idmançıları mükafatlandırdı-FOTObackend

Prezident tanınmış idmançıları mükafatlandırdı-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Preziden İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

TİA.AZ  xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Nərimanov Elşad Əhməd oğlu, Əliyev Elxan İzzət oğlu və Mircavadov Ağasəlim Seyidəhməd oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan Həşimov İsmayıl Teymur oğlu, Demina Tanziliya Zaxarovna, Məmmədov Yaqub Əkbər oğlu, Məmmədov Vahid Şərafəddin oğlu, Əlimzanov Şamil Əhmədcanoviç, İbrahimov İbrahim Eldar oğlu və İşməmmədova Svetlana Bəşirovna“Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüblər.

Prezident İlham Əliyev daha bir sərəncamı ilə Azərbaycan Respublikasında idman səhiyyəsinin inkişafında xidmətlərinə görə Ələkbərova Esmiralda Əhəd qızına “Əməkdar həkim” fəxri adı verib.

15:26

Xəbər verdiyimiz kimi, bu gün ölkə başçısı İlham Əliyev bir sıra idman xadimləri və idmançıları ilin yekunları ilə bağlı olaraq mükafatlandırıb.

TİA.AZ xəbər verir ki, mükafatlandırılanlar arasında AFFA Məşqçilər Komitəsinin üzvlərindən olan Ağasəlim Mircavadov da olub.

Ona Prezidentin fərdi təqaüdü ayrılıb. Təqaüd ayrılanlar arasında basketbol üzrə mütəxəssis Elxan Əliyev də olub.

Həmçinin bir neçə idmançıya iki otaqlı ev təqdim olunub. Bunların arasında bu il dünya və Avropa çempionu olmuş yunan-Roma güləşçisi Eldəniz Əzizli də var.

Bundan başqa, bu il kikboksinq üzrə Avropa çempionatının gümüş mükafatçısı olmuş Ramal Aslanov, taekvondoçu Məhəmməd Məmmədov, qadın qroysmeyster şahmatçı Gülnar Məmmədovaya da ev verilib.

Mükafatlandırılanlar arasında Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov da var. Ona fəxri fərman verilib.